Sumqayıta hərəkət edən avtobuslar rayonlara göndərilib

Sumqayıta hərəkət edən avtobuslar rayonlara göndərilib Şəfa Mehmanqızı: "Hazırda Sumqayıt şəhərinə 20 iritutmlu avtobus sərnişin daşınmasını yerinə yetirir"
İnfrastruktur
19 Mart , 2016 18:00
Sumqayıta hərəkət edən avtobuslar rayonlara göndərilib

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün səhər saatlarından Bakıdan Sumqayıt şəhəri və Saray qəsəbəsinə doğru gedən ictimai nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. "Report" xəbər verir ki, bu istiqamətə hərəkət edən sürücülər sərnişinlərə bildiriblər ki, Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalı Kompleksində sərnişinlərin sıxlığını aradan qaldırmaq məqsədilə Sumqayıt şəhəri və Saray qəsəbəsinə hərəkət edən avtobusların böyük əksəriyyəti respublikanın rayonlarına getmək istəyən sərnişinlərə xidmət etməli olurlar.

Məlumata görə, Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə iritutumlu ancaq "501" saylı marşrut xətt avtobuslarıdır, digərləri isə kiçik "Qazel" markalı avtobuslardır. Onlar Bakı avtovağzalından çıxır, Saray qəsəbəsini ötməklə Sumqayıta hərəkət edirlər. "Hyundai" markalı aztutumlu avtobusların 6-sı Mingəçevirə, 1-i Lənkərana, 3-ü Göyçaya yola düşüb.

Məsələylə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı isə bildirib ki, bayramla əlaqədar sərnişin sıxlığına görə Sumqayıt şəhərinə hərəkət edən avtobusların bir qismi ən yaxın rayonlara göndərilib: "Hazırda Sumqayıt şəhərinə 20 iritutmlu avtobus sərnişin daşınmasını yerinə yetirir. Sumqayıta gedənlər arasında heç bir sıxlıq yoxdur. Avtovağzal rəhbərliyi hesab edir ki, bütün bunlar təxribat xarakterli məlumatlardır. Avtovağzalda regionlara gedənlər çoxdur, sıxlıqdır və bundan istifadə edib dezinformasiya yayanlar çoxdur". 

Son xəbərlər

Orphus sistemi