"Sumqayıt Kimya Sənaye Parkı şimal, cənub nəqliyyat dəhlizinin üzərində yerləşir. Buna görə bu ərazidə logistik mərkəzin yaradılmasına ciddi maraq var".
"Report" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkına müəssisələr tərəfindən ciddi maraq var: "Bu da bizim qarşımızda bir növ öhdəlik yaradır ki, sənaye parkının infrastrukturunu daha da genişləndirək".
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. Mövcud layihələr üzrə əlavə 312 milyon manat investisiyaların qoyulması və 1 300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.