Bakı. 10 mart. REPOERT.AZ/ Bakə şəhərinin Nəsimi rayonunda Süleyman Rüstəm küçəsində təmir işləri davam etdirilir. Uzunluğu 220 metr, hərəkət hissəsinin eni 15 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün qaşınması başa çatdırılıb.
Ərazidə aparılan təmir-bərpa işləri haqda "Report"a Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat katibinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O, qeyd edib ki, hazırda beton səki daşları mərmər səki daşları ilə əvəzlənir. "Yaxın günlərdə yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq", - deyə P.Mürsəliyev bildirib.