“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” hazırlanıb

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” hazırlanıb “Son illər dünyada su ehtiyatlarından istifadənin sürətlə artması, eləcə də iqlim dəyişikliyi bu ehtiyatların azalmasına səbəb olub. Su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də var”.
İnfrastruktur
12 Oktyabr , 2021 09:56
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” hazırlanıb
Rauf Hacıyev

“Son illər dünyada su ehtiyatlarından istifadənin sürətlə artması, eləcə də iqlim dəyişikliyi bu ehtiyatların azalmasına səbəb olub. Su problemi bütün dünyada olduğu kimi ölkəmizdə də var”.

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş “Davamlılıq Forumu 2021” tədbirində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın yerüstü su ehtiyatları 30 kub km təşkil edir, quraqlıq vaxtı isə bu rəqəm 20 kub km-ə düşür.

“Azərbaycanın şirin su ehtiyatlarının 70-72% ölkə hüdudlarından kənarda formalaşır, iqlim dəyişliyi nəticəsində ilbəil azalır. Ölkə rəhbərliyinin su təminatına göstərdiyi diqqət sayəsində su ehtiyatlarıdan səmərəli istifadə sahəsində mühüm işlər görülür. Dövlət başçısının “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə su komissiyası yaradılıb. Ölkənin su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə 2020-2021-ci illər üçün Tədbirlər Planı təsdiq edilib. Planda ölkədə gələcək illər üçün su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, alternativ mənbələrdən istifadə edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur. Üstəlik Azərbaycanda “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Strategiya su ehtiyatlarının idarə edilməsi ilə bağlı hüquqi sənəddir”, - R.Hacıyev qeyd edib.

Son xəbərlər

Orphus sistemi