Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Bu barədə “Report”a qurumdan bildirilib.
Məlumata görə, Agentliyin sədri Zaur Mikayılov və kollektiv məzar önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi H.Əliyevin 100 illik yubileyi münasibətilə ölkəmizdə genişmiqyaslı tədbirlər keçirilir.