STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib

STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib Bakı. 19 iyul. REPORT.AZ/ Dünyada Made in Azerbaijan” markasını təmsil edən Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.
İnfrastruktur
19 İyul , 2018 14:37
STP xaricə növbəti dəfə böyük həcmdə ixrac həyata keçirib
0 : 00
0 : 00

Bakı. 19 iyul. REPORT.AZ/ Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Qazaxıstana növbəti dəfə məhsul ixracını həyata keçirib.

Bu barədə "Report"a STP-dan bildiriblər.

Belə ki, bu dəfə STP sifarişçiyə “BURIL" yarımstansiyasının tikintisi və yenidənqurulmasında istifadə üçün böyükhəcmdə 110 kV yüksək gərginlikli kabel məhsulları göndərib.

Qeyd edək ki, “BURIL” yarımstansiyası ilə Qazaxıstanın əhalisinə görə üçüncü, ərazisinə görə isə ən böyük Çimkənd şəhərinin bir hissəsi elektrik enerjisi ilə təmin olunacaq.

Xatıraladaq ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının və "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə müxtəlif növ kabel məhsulları təqdim etmişdi.

Xarici bazarda məhsulları ilə geniş yer alan müəssisə ümumilikdə kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələrin böyük hissəsi icra edilib.

STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Son xəbərlər

Orphus sistemi