Sosial Tədqiqatlar Mərkəzi 2 milyon manatlıq obyekt tikdirir

İnfrastruktur
  • 27 noyabr, 2021
  • 05:15
Sosial Tədqiqatlar Mərkəzi 2 milyon manatlıq obyekt tikdirir

Sosial Tədqiqatlar Mərkəzi obyektinin tikintisi işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "TVM İnşaat" MMC-dir.

Qalib şirkətə 1,81 milyon manat ödəniləcək

Sosial Tədqiqatlar Mərkəzi 2019-cu ildə yaradılaraq publik hüquqi şəxs kimi fəaliyyət göstərir. Mərkəzin əsas vəzifələri ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparmaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirmək və dəyişiklikləri proqnozlaşdırmaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırmaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin etmək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etməkdir.

Son xəbərlər

Bütün Xəbər Lenti