Son 17 ildə Bakı Metropoliteni üçün 116 ədəd yeni vaqon alınıb

Son 17 ildə Bakı Metropoliteni üçün 116 ədəd yeni vaqon alınıb Bakı. 8 noyabr. REPORT.AZ/ 2000-ci ildən bəri Bakı Metropoliteni QSC üçün 116 ədəd yeni vaqon alınıb. 
İnfrastruktur
123
8 Noyabr , 2017 13:05
Son 17 ildə Bakı Metropoliteni üçün 116 ədəd yeni vaqon alınıb
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Zaur Hüseynov / Report/ Firi Salim

Bakı. 8 noyabr. REPORT.AZ/ 2000-ci ildən bəri "Bakı Metropoliteni" QSC üçün 116 ədəd yeni vaqon alınıb. 

"Report" xəbər verir ki, bunu metronun 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə qurumun İdarə Heyətinin sədri Zaur Hüseynov deyib.

O, həmçinin qeyd edib ki, gələcəkdə Bakı Metropolitenində 76 stansiya olacaq: "Perspektiv inkişaf strategiyasına əsasən, gələcəkdə metro 5 xəttən ibarət olacaq ki, onun 3-ü əsas, 2-si köməkçi xətt olacaq. Metronun stansiyalarının sayı 76-ya, xətlərin ümumi uzunluğu isə 120 km-ə çatdırılacaq".

Xatırladaq ki, hazırda Bakıda metro xətlərinin ümumi uzunluğu 36,63 km, stansiyaların sayı isə 25-dir.

Bundan başqa, Z.Hüseynovun sözlərinə görə, yeni inşa edilən metro stansiyalarında qatarlar 5 deyil, 7 vaqondan ibarət olacaq. Hazırda bu yenilik yalnız "Memar Əcəmi" və "Avtovağzal" stansiyalarındadır. 

Son xəbərlər

Orphus sistemi