Şöbə müdiri: “Hazırda Bakıda 2 000-ə yaxın binanın su anbarları təmizlənmir”

Şöbə müdiri: “Hazırda Bakıda 2 000-ə yaxın binanın su anbarları təmizlənmir” Hazırda Bakıda təxminən 2 000-ə yaxın binanın su anbarları yuyulmur və təmiz deyil.
İnfrastruktur
16 İyul , 2024 18:11
Şöbə müdiri: “Hazırda Bakıda 2 000-ə yaxın binanın su anbarları təmizlənmir”

Hazırda Bakıda təxminən 2 000-ə yaxın binanın su anbarları yuyulmur və təmiz deyil.

“Report” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin şöbə müdiri Cəmil Babayev “ASAN Radio”da yayımlanan “Su gündəmi" verilişində deyib.

O bildirib ki, Mənzil-Tikinti kooperativlərində (MTK), təhsil ocaqlarında, ictimai iaşələrdə su anbarları, çənlərin yuyulması həyata keçirilmir: “Təbii ki, daha çox şikayət MTK-lar ilə bağlıdır. Bəzi hallarda vətəndaşlar suyun çirkli, tərkibində çöküntü və sair maddələr olması ilə bağlı şikayət edirlər. Həmin zaman suyun yoxlanışı həyata keçirilir və keyfiyyətində problem olmadığı aşkarlanır. Səbəb isə əksər hallarda su anbarlarının yuyulmaması olur”.

Şöbə müdiri qeyd edib ki, su anbarlarının yuyulmasını istəyənlər bu işlə məşğul olan MMC-lərə müraciət edə bilərlər və işin keyfiyyətli həyata keçirilməsinə nəzarət etmək üçün Agentlik tərəfindən nümayəndə təyin oluna bilər.

Son xəbərlər

Orphus sistemi