Slovakiyalı qonaq: "Orta Dəhlizin inkişafı üçün görülən işlər əhəmiyyətlidir"

Slovakiyalı qonaq: "Orta Dəhlizin inkişafı üçün görülən işlər əhəmiyyətlidir" Azərbaycan, Gürcüstanın və Türkiyənin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üçün gördüyü işlər çox əhəmiyyətlidir.
İnfrastruktur
23 May , 2023 17:34
Slovakiyalı qonaq: Orta Dəhlizin inkişafı üçün görülən işlər əhəmiyyətlidir

Azərbaycan, Gürcüstanın və Türkiyənin Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı üçün gördüyü işlər çox əhəmiyyətlidir.

Bunu "Report"a açıqlamasında Zəngilanda səfərdə olan Slovakiyanın ATƏT Parlament Assambleyasında təmsil olunan nümayəndəsi Milos Svrecek bildirib.

Onun sözlərinə görə, Orta Dəhliz Avropa İttifaqı (Aİ) ölkələri üçün çox vacibdir: "Bu ölkələrin gələcək üçün planları olmalıdır".

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

Son xəbərlər

Orphus sistemi