Şirkətlər "Azərbaycan Dəmir Yolları"nın tenderinə maraq göstərmir

Şirkətlər "Azərbaycan Dəmir Yolları"nın tenderinə maraq göstərmir Nəticədə, QSC müsabiqəni təkrar olaraq elan edib
İnfrastruktur
6 Sentyabr , 2016 09:42
Şirkətlər Azərbaycan Dəmir Yollarının tenderinə maraq göstərmir

Bakı. 6 sentyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti kontakt şəbəkəsinin materialları, KTSM-PONAB, mexaniki təpə və rabitə avadanlıqlarının satın alınması ilə əlaqədar bildiriş yayıb.

"Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, Departament tərəfindən kontakt şəbəkəsinin materiallarının, KTSM-PONAB avadanlıqları (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu), mexaniki təpə avadanlıqlarının və rabitə avadanlıqlarının alınması üzrə 23 iyul 2016-cı il və təkrar 5 avqust 2016-cı il tarixlərində verilən elanlara əsasən keçirilməsi nəzərdə tutulan açıq tenderə hər lot (ümumilikdə - 3 lot) üzrə iki iddiaçı şirkət tender təklifi təqdim edib.

Nəticədə, "Dövlət satınalmaları haqqında" qanunun tələblərinə uyğun olaraq, tender təklifi vermiş iddiaçıların sayı 3-dən az olduğundan, 2-ci və 3-cü lotlar üzrə tenderin davamından imtina edilməsi və yenidən tender prosedurunun keçirilməsi qərarı qəbul edilib. Ətraflı məlumat üçün (+99412) 499-62-19 nömrəsi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi