“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün lazımi topraqları “Azərbaycan Dəmir Yolları” alacaq

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün lazımi topraqları “Azərbaycan Dəmir Yolları” alacaq Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.
İnfrastruktur
27 Sentyabr , 2019 10:27
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün lazımi topraqları “Azərbaycan Dəmir Yolları” alacaq

Nazirlər Kabineti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində dəmir yolu xəttinin tikintisi altına düşən torpağı dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, qərar Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərarda deyilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə ölkə prezidentinin 15 fevral 2011-ci il tarixli fərmanına, sözügedən orqan “Azərbaycan Dəmir Yolları” QSC müəyyən edilsin. Qurum bununla bağlı təkliflərin hökumətə təqdim etməlidir.

Qərarın icrasına nəzarət Nazirlər Kabineti aparatının regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi