Seulda taksi-dronlar nümayiş olundu

Seulda taksi-dronlar nümayiş olundu Seul şəhərinin Yeouido parkında hava taksisi kimi nəzərdə tutulan dronların nümayiş uçuşu təşkil olunub.
İnfrastruktur
11 Noyabr , 2020 17:28
Seulda taksi-dronlar nümayiş olundu

Seul şəhərinin Yeouido parkında hava taksisi kimi nəzərdə tutulan dronların nümayiş uçuşu təşkil olunub.

“Report” “Korea.net”ə istinadən xəbər verir ki, Koreya Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi ilə Seul Metropol Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Çinin “Ehang” şirkəti tərəfindən istehsal edilmiş iki yerlik pilotsuz hava taksiləri insan ağırlığında yüklə park və Hanqanq çayı üzərində uçuş keçirib.

Dronların uçuşu yerli mühəndislərin yaratdığı “K-Drone” nəzarət sistemi vasitəsilə idarə olunub. Bu, Seul kimi meqapolis üzərində dron taksilərin ilk belə nümayişidir. Daha əvvəl Qanqvon-do əyalətinin İnçeon və Yeonqvol-qun qəzaları üzərində bu cür nümayiş uçuşları keçirilmişdi.

Qeyd edək ki, cari ilin 4 iyun tarixində Koreya hökuməti tərəfindən şəhər hava nəqliyyatı (UAM – Urban Air Mobility) proqramı üçün açıqlanmış yol xəritəsinə görə bu cür hava nəqliyyatı vasitələrinin 2025-ci ildən kommersiya istifadəsinə başlanacaq. Bu cür dronlar şaqüli qalxıb-enməklə bir saat ərzində 30-50 km məsafəyə uçmaq qabiliyyətinə malikdir.

Son xəbərlər

Orphus sistemi