Şahmar Mövsümov: "Çimərliklərin açılmasına hazır deyilik"

Şahmar Mövsümov: "Çimərliklərin açılmasına hazır deyilik" "Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".
İnfrastruktur
2535
20 İyul , 2020 17:40
Şahmar Mövsümov: Çimərliklərin açılmasına hazır deyilik

"Təəssüf ki, bu gün çimərliklərin açılmasına hazır deyilik. Bunu etsək, koronavirusla mübarizədə əldə etdiyimiz kiçik nailiyyəti itirə bilərik".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

"Böyük kütlə bir yerə gələndə yoluxma riski qat-qat artır. Mən 3 əsas riski deyə bilərəm. Birincisi, çimərliklərdə məsafə saxlamaq çətindir. İkincisi, insanlar orda su və yemək alırlar, bu da risk yaradır. Üçüncüsü, çimərliklərə Bakının müxtəlif yerlərindən gəlirlər, bu da riskin bir rayondan başqa rayona ötürülməsi riski deməkdir. Amma bunu müəyyən şəkildə təşkil edə bilsək, vətəndaşlarımıza bir hədiyyə olar. Bu istiqamətdə də iş başlanılıb, yəqin ki, avqustun 5-nə qədər çatdıra bilməyəcəyik, amma o tarixdən sonra əmin olsaq ki, bu qaydaları təhlükəsiz formada tətbiq edə bilərik, o halda nəzərə alacağıq".

Son xəbərlər

Orphus sistemi