Sərnişin qatarları Bakıdan Sumqayıta daha tez çatacaq

Sərnişin qatarları Bakıdan Sumqayıta daha tez çatacaq Bundan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq
İnfrastruktur
3 Mart , 2015 09:38
Sərnişin qatarları Bakıdan Sumqayıta daha tez çatacaq

Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, bundan əlavə, Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları”nın “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.

Təmir işləri başa çatdıqdan sonra, elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Son xəbərlər

Orphus sistemi