Sergey Pavlov: "BTQ Türkiyə və Rusiya arasında daşımaları artıracaq"

Sergey Pavlov: "BTQ Türkiyə və Rusiya arasında daşımaları artıracaq" “İxrac mallarının BTQ marşrutu boyunca davamlı olaraq dəmir yolu ilə daşınması üçün bütün lazımi tədbirləri görməyə hazırıq"
İnfrastruktur
16 Fevral , 2021 14:56
Sergey Pavlov: BTQ Türkiyə və Rusiya arasında daşımaları artıracaq

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə Türkiyədən Rusiyaya gedən ilk ixrac blok qatarı dəmir yolu ticarətinin artırılmasına yönəlmiş mühüm addımdır və ölkələrimiz arasında dəmir yolu daşımalarının artmasına töhfə verəcək”

“Report” xəbər veri ki, bunu “Anadolu” Agentliyinə müsahibəsində "Rusiya Dəmir Yolları"nın Baş menecerinin birinci müavini Sergey Pavlov deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Türkiyə və Rusiyanın iştirakı ilə BTQ xətti boyunca daşımaların inkişafına istiqamətlənmiş anlaşma memorandumun imzalanması da, ölkələrimizi bir-birinə bağladı:

“İxrac mallarının BTQ marşrutu boyunca davamlı olaraq dəmir yolu ilə daşınması üçün bütün lazımi tədbirləri görməyə hazırıq. Bizim hesablamalarımıza görə, bu marşrutun müddət və qiymət göstəriciləri digər nəqliyyat dəhlizlərindən daha sərfəli olacaq. Yükləmə və boşaltma müddətlərini saymasaq, təxmini göndərmə müddəti 10 gün olacaq və bu, dəniz yolu ilə daşımaların müddətindən 2 dəfə daha sürətli olacaq”.

“Bundan başqa, dəmir yolu ilə daşımaları hava şəraiti ilə əlaqəli risklərə məruz qalmır. Bu da epidemioloji cəhətdən daha təhlükəsizdir. Yüklərin minimal təmasla çatdırılmasını təmin edir. Bildiyiniz kimi, tək sürücülü bir qatar, təxminən 80 yük maşını və sürücünü əvəz edə bilər”, - deyə Pavlov bildirib.

Daşınan malların çeşidini genişləndirmə ehtimalının da vacib olduğunu söyləyən "Rusiya Dəmir Yolları"nın nümayəndəsi bildirib ki: “Türk istehlak mallarının daşınması ilə yanaşı meyvə və tərəvəz məhsullarının soyuducu konteynerlərdə Rusiyaya mütəmadi olaraq çatdırılmasının təmin edilməsi də dəmir yolu daşımalarını artıracaq.

Rusiyadan isə konteynerlərdə taxta, kağız məhsulları və taxıl göndərilməsi üçün Rusiya daşıyıcıları ilə işlər aparırıq. Konteyner daşıyıcıları ilə yanaşı, Rusiya metal şirkətləri də, Türkiyəyə birbaşa dəmir yolu daşımaları ilə maraqlanır. Ötən il BTQ vasitəsi ilə "Magnitogorsk Dəmir və Polad" şirkətindən 45 min tondan çox metal nəql olunub”.

O qeyd edib ki, Rusiya ilə Türkiyə arasında qarşılıqlı fayda təmin edən əməkdaşlıq yaxşı bir keçmişə, davamlı və pozitiv göstəricilərə sahib olub. Rusiya dəmiryollarının iştirakı ilə Rusiya və Türkiyə arasında xarici ticarət mallarının daşınması ötən il 20 milyon tonu keçib ki, bu da, 2019-cu illə müqayisədə 10 % artıb.

Son xəbərlər

Orphus sistemi