Səfir: "Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır"

Səfir: "Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır" Aleksandr Mişenko: "Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə Azərbaycanda yığılacaq"
İnfrastruktur
7 Fevral , 2017 10:50
Səfir: Azərbaycanda An-178 təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır

Bakı. 7 fevral. REPORT.AZ/ "Azərbaycanda "An-178" təyyarələrinin yığılmasına 2018-2019-cu illərdə başlanılması planlaşdırılır".

Bu barədə "Report"a Ukraynanın Bakıdakı səfiri Aleksandr Mişenko bildirib.

O xatırladıb ki, Bakı və Kiyev arasında 10 ədəd "An-178" yük təyyarəsinin tədarükü ilə bağlı razılaşma mövcuddur. Səfir əlavə edib ki, Ukrayna tərəfi satış üçün 2 təyyarə hazırlayır, digər 8 təyyarə isə Azərbaycanda yığılacaq.

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Oleq Qladkovski ilə "Azərbaycan Hava Yolları"nın (AZAL) prezidenti Cahangir Əsgərov arasında daimi məsləhətləşmələr aparılır. AZAL artıq modullar və yığım prosesinin olacağı məkanların inşasına başlayıb", - deyə diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi