“
Bunu “Report”a açıqlamasında qurumun sədr müavini Hidayət Məmmədov deyib.
“Şərti adı "B7" olacaq stansiya "Xətai" stansiyası ilə birləşəcək. Son nəticədə burdan “Avtovağzal” stansiyasına qədər getmək olacaq”, - o bildirib.
H.Məmmədov metronun "Cəfər Cabbarlı" stansiyasının "Nizami" stansiyası ilə birləşdirilməsi barədə planın da gündəmdə olduğunu qeyd edib: “Bunun üçün tunelin tikintisi metronun inkişaf konsepsiyasına uyğun aparılacaq”.

