"Scandinavian" aviaşirkəti işçilərinin 40%-ni ixtisar edir

"Scandinavian" aviaşirkəti işçilərinin 40%-ni ixtisar edir Scandinavian aviaşirkəti (SAS) İsveç, Norveç və Danimarkada ümumilikdə 5 minə yaxın insanı işdən çıxaracaq.
İnfrastruktur
28 Aprel , 2020 18:32
Scandinavian aviaşirkəti işçilərinin 40%-ni ixtisar edir

"Scandinavian" aviaşirkəti (SAS) İsveç, Norveç və Danimarkada ümumilikdə 5 minə yaxın insanı işdən çıxaracaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu rəqəm ümumi işçi qüvvəsinin 40%-ni təşkil edir.

Məlumata görə, İsveçdə 1,9 min, Danimarkada 1,7 min, Norveçdə isə 1,3 min insanın işdən çıxarılması planlaşdırılır.

Qeyd edək ki, aviaşirkət ötən ay işçilərinin 90%-ni ödənişsiz məzuniyyətə göndərmişdi. 

Son xəbərlər

Orphus sistemi