Sapar Bektasov: “Orta Dəhlizdə daşıma müddəti daha da azaldılmalıdır”

Sapar Bektasov: “Orta Dəhlizdə daşıma müddəti daha da azaldılmalıdır” Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) getdikcə daha da əhəmiyyət qazanır və məşhurlaşır.
İnfrastruktur
27 Fevral , 2024 12:20
Sapar Bektasov: “Orta Dəhlizdə daşıma müddəti daha da azaldılmalıdır”

Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) getdikcə daha da əhəmiyyət qazanır və məşhurlaşır.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

O bildirib ki, 2022-ci ilin əvvəlindən bəzi maliyyə qurumları və beynəlxalq təşkilatlar Orta Dəhlizlə bağlı müxtəlif araşdırmalar aparır: “Həmçinin Dünya Bankı da Orta Dəhlizlə bağlı hesabat hazırlayıb. Biz bu tövsiyələri daim izləyirik. Bütün nəqliyyat ictimaiyyətinin birgə rəyi ondan ibarətdir ki, daşıma müddəti daha da azaldılmalı, rəqəmsal texnologiyadan istifadə edilməli və vahid xidmət yaratmaqla sabit tariflər tətbiq olunmalıdır”.

Xatırladaq ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

2023-cü ildə Orta Dəhliz vasitəsi ilə 2 milyon 750 min ton yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur.

Son xəbərlər

Orphus sistemi