Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılacaq

Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılacaq Uçuşlar iyundan başlayacaq
İnfrastruktur
10 Aprel , 2017 16:31
Sankt-Peterburqdan Lənkərana birbaşa aviareys açılacaq

Bakı. 10 aprel. REPORT.AZ/ Rusiyanın "Nordavia" aviaşirkəti bu ilin yay mövsümündə "Pulkovo" (Sankt-Peterburq) hava limanından Lənkəran şəhərinə müntəzəm, birbaşa aviareyslər həyata keçirəcək. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, uçuşlar iyunun 6-dan etibarən hər həftənin çərşənbə axşamı günləri yerinə yetiriləcək.

Qeyd edək ki, "Nordavia"nın təyyarə parkında 9 ədəd "Boeing - 737-500" sərnişin təyyarəsi var. 

Son xəbərlər

Orphus sistemi