Azərbaycanla Rusiya sərhədində yerləşən Samur çayı üzərində yeni körpü açılıb - FOTOLAR

Azərbaycanla Rusiya sərhədində yerləşən Samur çayı üzərində yeni körpü açılıb - FOTOLAR Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.
İnfrastruktur
24 Dekabr , 2019 12:23
Azərbaycanla Rusiya sərhədində yerləşən Samur çayı üzərində yeni körpü açılıb - FOTOLAR
Report/Elchin Murad

Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.

"Report"un məlumatına görə, açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.

Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü 5 aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.

Foto: Elchin Murad

Son xəbərlər

Orphus sistemi