Samir Nuriyev: "İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək"

Samir Nuriyev: "İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək" MİDA rəhbəri: "Bir otaqlı mənzillərin aylıq ödənişi 130-150 manat civarında olacaq"
İnfrastruktur
11 Aprel , 2017 12:11
Samir Nuriyev: İlk sosial mənzillər gələn ilin yayında təhvil veriləcək
Report.az

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanda ilk sosial mənzillərin 2018-ci ilin yay aylarında təhvil verilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyev deyib.

S.Nuriyevin sözlərinə görə, artıq bu ilin may ayından etibarən elektron qeydiyyata başlanacaq: "May ayından etibarən sosial mənzillərin əldə edilməsi üçün elektron qaydada qeydiyyat başalayacaq. Bir otaqlı mənzillərin aylıq ödənişi 130-150 manat civarında olacaq".

MİDA rəhbəri deyib ki, Hövsan layihəsi üzrə də layihələndirmə işləri yekunlaşmaq üzrədir: "Həmin ərazidə 20 hektar torpaq ayrılıb. Bu isə bütün normalara uyğun 3 000 mənzilin tikilməsinə şərait yaradır".

Son xəbərlər

Orphus sistemi