Bu gün "Bakı Metropoliteni" QSC-də "Dəyişməyən dəyərlər, dəyişən imkanlar" mövzusunda panel konfransı keçirilir.
"Report"un məlumatına görə, tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Bakı metrosunun Müşahidə Şurasının üzvü Samir Məmmədov bildirib ki, metrodan 90-cı illərdə aktiv istifadə edib.
O, bunu sonralar vəzifəyə təyin olunması və xidməti avtomobillə təmin edilməsi ilə əlaqələndirib.
"İlk dəfə məktəb illərində metrodan istifadə etmişəm. Hazırda Müşahidə Şurası olaraq qərar vermişik ki, metro ilə səfərlərimiz olsun və müştəri məmnuniyyətini yoxlayaq", - deyə nazir müavini qeyd edib.
Konfransda iştirak edən Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov isə deyib ki, metrodan tələbəlik illərində və pandemiyadan sonra aktiv istifadə edib.