Salyanda 5 kəndin yolunun yenidən qurulması yekunlaşır

Salyanda 5 kəndin yolunun yenidən qurulması yekunlaşır Yolun eni 6metr hərəkət hissə və 2 metr çiyinlər daxil olmaqla 10 metrə qədər genişlən dirilib.
İnfrastruktur
9 İyul , 2021 11:06
Salyanda 5 kəndin yolunun yenidən qurulması yekunlaşır

Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına son mərhələ üzrə davam etdirilir.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15,3 km təşkil edir.

Uzun müddət əsaslı şəkildə təmir olunmayan Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.

Yolun eni 6metr hərəkət hissə və 2 metr çiyinlər daxil olmaqla 10 metrə qədər genişlən dirilib. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Layihənin sonuncu mərhələsi olaraq km göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunub, zəruri olan yerlərdə müxtəlif diametrli yeni borular tikilib. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 278 paqon-metr uzunluğunda 28 yeni metal və dəmir-beton suötürücü borular quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi