Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək Aprelin 15-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edəcək.
İnfrastruktur
11 Aprel , 2022 13:09
Saleh Məmmədov Horadizdə vətəndaşları qəbul edəcək

Aprelin 15-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Horadiz şəhərində vətəndaşları qəbul edəcək.

"Report" Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da qurumun tabeliyində olan “38 N-li Yol İstismarı” MMC-nin inzibati binasında keçiriləcək.

Qəbulda Füzuli, Beyləqan və Xocavənd rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlər “38 N-li Yol İstismarı” və Beyləqan rayonu “37 N-li Yol istismarı” MMC-də öncədən qeydiyyatdan keçə bilərlər.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Son xəbərlər

Orphus sistemi