Saleh Məmmədov: “Ələt-Hacıqabul yolu yenidən tikilməlidir”

Saleh Məmmədov: “Ələt-Hacıqabul yolu yenidən tikilməlidir” “Bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasını başa çatdırmağı düşünürük. İşlərin vaxtında bitməsi hava şəraitindən çox asılıdır”.
İnfrastruktur
105
15 Yanvar , 2020 11:56
Saleh Məmmədov: “Ələt-Hacıqabul yolu yenidən tikilməlidir”

“Bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasını başa çatdırmağı düşünürük. İşlərin vaxtında bitməsi hava şəraitindən çox asılıdır”.

“Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibliyinin binasında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, həmçinin əlavə edib ki, 2020-ci ilin sonuna qədər Bakının Hövsan qəsəbəsinin əsas yollarının təmirinin başa çatdırılması nəzərdə tutulub.

Bundan başqa, sədrin sözlərinə görə, bəzi yollar yenidən tikilməlidir: “Ələt-Hacıqabul yolu 12 ildir istifadəyə verilib. Amma onun tikintisinə 1996-cı ildən başlanıb. Bu isə artıq 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur”. 

Son xəbərlər

Orphus sistemi