Şahin Mustafayev: “600 min əkin sahəsi üzrə suvarma qrafiki tərtib olunub”

Şahin Mustafayev: “600 min əkin sahəsi üzrə suvarma qrafiki tərtib olunub” Qızılarx İmişlidə, Xanarx və Tərtərçay Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır.
İnfrastruktur
7 Yanvar , 2021 14:37
Şahin Mustafayev: “600 min əkin sahəsi üzrə suvarma qrafiki tərtib olunub”

“Azərbaycanda su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədinə nail olunması üçün milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri artıq hazırlanıb”.

“Report” xəbər verir ki, bunu Baş Nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

O, qeyd edib ki, xüsusi suvarma qrafikləri tərtib olunub: “Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 600 minə yaxın yazlıq və payızlıq əkin sahəsi üzrə bütün maraqlı tərəflərin imzaladığı suvarma qrafikləri tərtib olunub. Ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 milyon hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin edilmişdir. Nəticədə pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artıb. Bununla belə, son illər davam edən quraqlıqlar və su anbarlarında kifayət qədər su toplanmaması öz mənfi təsirini göstərib, suya tələbatın tam və ya vaxtında ödənilməməsinə, xüsusilə suya tələbkar bitkilər üzrə əkin sahələrinin azalmasına səbəb olub. Suvarma sahəsində itkilərin azaldılması məqsədilə prioritet hesab edilən suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmalar və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. İlk növbədə, Qızılarx İmişlidə, Xanarx və Tərtərçay Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır. Bu kanalların və Qusarda yerləşən Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədilə tenderlər artıq baş tutmuşdur. Möhtərəm Prezident, bu il artıq bu kanalların yenidən qurulmasına başlamaq zərurəti yaranır”.

Son xəbərlər

Orphus sistemi