Şahin Bağırov: "Gömrük Komitəsində ixtisar olmayacaq"

Şahin Bağırov: "Gömrük Komitəsində ixtisar olmayacaq" Bu məsələ Komitənin gündəmində deyil
İnfrastruktur
540
20 Yanvar , 2016 11:40
Şahin Bağırov: Gömrük Komitəsində ixtisar olmayacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Hazırda Dövlət Gömrük Komitəsində ixtisarların aparılması nəzərdə tutulmur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK-nin sədr müavini Şahin Bağırov bildirib: "Bu, gələcəkdə ola bilər, lakin hazırda gündəmdə deyil".

İranla əməkdaşlıq məsələlərinə toxunan sədr müavini bildirib ki, tezliklə Azərbaycan və İran hər iki ölkənin gömrük-buraxılış məntəqələrinin işini sutkalıq rejimə keçirəcək.

"Hazırda gündəmdə olan məsələ yüklərin, habelə sərnişinlərin keçid şərtlərini daha da sadələşdirməkdən ibarətdir. Sərhəd keçid məntəqələrinin fəaliyyətini genişləndirmək üçün digər ölkələrlə də danışıqlar aparılır", - deyə Ş.Bağırov qeyd edib.

Son xəbərlər

Orphus sistemi