“Şahdəniz-2” layihəsi üzrə işlər 2018-ci ildə yekunlaşacaq

“Şahdəniz-2” layihəsi üzrə işlər 2018-ci ildə yekunlaşacaq İşlərin 90 faizi artıq tamamlanıb
İnfrastruktur
10 Yanvar , 2017 22:20
“Şahdəniz-2” layihəsi üzrə işlər 2018-ci ildə yekunlaşacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Keçən il digər vacib hadisələr baş verdi. Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, ABŞ və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstəriblər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik", - deyə dövlət başçısı əlavə edib.

Son xəbərlər

Orphus sistemi