Sabah Xəzər rayonunda içməli su problemi olacaq

Sabah Xəzər rayonunda içməli su problemi olacaq Buna səbəb yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsidir
İnfrastruktur
11 Avqust , 2016 18:38
Sabah Xəzər rayonunda içməli su problemi olacaq

Bakı. 11 avqust. REPORT.AZ/ Xəzər rayonunun Buzovna qəsəbəsində içməli suyun verilməsində problem yaranacaq.

Azərsu” ASC-ninİctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu, həmin qəsəbənin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədardır. Belə ki, sabah gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.

Son xəbərlər

Orphus sistemi