Bakl. 12 may. REPORT.AZ/ Mayın 13-də Bakıda Azərbaycanın İsveçrədən ikimərtəbəli dəmir yolu vaqonlarının alınmasına dair müqavilə imzalanacaq. Bunu jurnalistlərə açıqlamasında "
C.Qurbanov qeyd edib ki, sabahkı müqavilə "Azərbaycan Dəmir Yolları" ilə İsveçrənin "Stadler Railway" şirkəti ilə bu gün Bakıda işə başlayan "TransCaspian-2015" beynəlxalq nəqliyyat sərgisi çərçivəsində imzalanacaq.
Qeyd edək ki, müqaviləyə əsasən, "Stadler Railway" şirkətindən 5 ədəd ikimərtəbəli sərnişin vaqonlarının alınması nəzərdə tutulub. Bu vaqonlar Bakı-Xırdalan-Sumqayıt dəmir yolu marşrutunda istifadə ediləcək.
C.Qurbanov, həmçinin bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC Bakı-Sumqayıt dəmir yolu reysinə gediş haqqı ilə bağlı Tarif Şurasına hələlik müraciət etməyib. Hazırda bu istiqamətdə gediş haqqı 20 qəpik təşkil edir.