Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın "İkar" aviaşirkəti Moskva vilayətinin regional əhəmiyyətli "Jukovski" Beynəlxalq Hava Limanından Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Ramport Aero" ASC-nin baş direktorunun birinci müavini Yevgeni Solodilin məlumat verib.
O, uçuşların dekabr ayında Bakı istiqamətində nəzərdə tutulduğunu əlavə edib.