Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb

Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini noyabrın 9-dək uzadıb.
İnfrastruktur
1 Noyabr , 2022 10:17
Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi növbəti dəfə uzadılıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini noyabrın 9-dək uzadıb.

“Report” xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limandaların istifadə etmək tövsiyə olunur.

Rusiyada bu il fevralın 24-dən bəri uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi tətbiq edilir. Bu ölkənin hökuməti avqust ayında fəaliyyət göstərməyən hava limanlarına 2,5 milyard rubl maliyyə yardımı ayıracağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi