Rusiyadan Azərbaycan ərazisi ilə İrana ilk sınaq yük qatarı yola salınıb

Rusiyadan Azərbaycan ərazisi ilə İrana ilk sınaq yük qatarı yola salınıb Gələn ay Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan) - Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir
İnfrastruktur
8 Fevral , 2018 15:37
Rusiyadan Azərbaycan ərazisi ilə İrana ilk sınaq yük qatarı yola salınıb

Bakı. 8 fevral. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan) - Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

“Report” Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, bu gün dəmir yolu marşrutu ilə Rusiyadan gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

Vaqonların yükü taxta və MDF-dən ibarətdir.

ADY-nin Yük daşımaları departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İranın Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.

Son xəbərlər

Orphus sistemi