Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.
İnfrastruktur
19 Mart , 2020 17:10
Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
0 : 00
0 : 00

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 18 mart saat 00:00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır: “Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşları üçün bilet satılır”.

Son xəbərlər

Orphus sistemi