Rusiya Rəşt-Astara dəmir yolu layihəsinin birgə maliyyələşməsinə razılıq verib

Rusiya Rəşt-Astara dəmir yolu layihəsinin birgə maliyyələşməsinə razılıq verib Bununla bağlı təkliflər yaxın vaxtlarda Azərbaycan və İran tərəfinə təqdim olunacaq
İnfrastruktur
25 Noyabr , 2016 15:01
Rusiya Rəşt-Astara dəmir yolu layihəsinin birgə maliyyələşməsinə razılıq verib

Bakı. 25 noyabr. REPORT. AZ/ Rusiya Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində Rəşt-Astara (İran) dəmir yolunun inşasının birgə maliyyələşdirilməsinə razılıq verib. "Report"un xəbərinə görə, bunu "Rusiya Dəmir Yolları" ASC-nin vitse-prezidenti Aleksandr Mişarin bildirib. 

"Bununla bağlı artıq bizə Biznes Plan təqdim edilib. Bu sənəd nəzərdən keçirilib və təkliflərimiz hazırlanıb. Müvafiq təkliflərimiz yaxın vaxtlarda Azərbaycan və İran tərəfinə təqdim olunacaq", - deyə A.Mişarin əlavə edib. 

Qeyd edək ki, "Rusiya Dəmir Yolları" layihə üçün nəzərdə tutulan maliyyə vəsaitinin həcmini açıqlamayıb.

Son xəbərlər

Orphus sistemi