Rusiya Azərbaycana uçuşlarının sayını iki dəfə artıracaq

İnfrastruktur
  • 26 fevral, 2022
  • 13:02
Rusiya Azərbaycana uçuşlarının sayını iki dəfə artıracaq

Rusiya martın 14-dən dünyanın 16 ölkəsinə, o cümlədən Azərbaycana, Maldiv adalarına, Tailanda, Vyetnama, Hindistana və digər ölkələrə uçuşların sayını artıracaq.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar Rusiyanın operativ qərargahı tərəfindən yeni koronavirus infeksiyasının yayılmasının və infeksiyanın ölkəyə gətirilməsinin qarşısını almaq məqsədilə verilib.

Moskva-Bakı marşrutu üzrə Azərbaycana uçuşların sayı həftədə 14-dən 28-ə, beynəlxalq uçuşların bərpa olunduğu Rusiyanın məntəqələrindən isə hər bir marşrut üzrə uçuşlar həftədə 1-dən 4-ə qədər Azərbaycandakı hava limanlarına həyata keçiriləcək.

Moskva-İrəvan marşrutu üzrə Ermənistana uçuşların sayı həftədə 6-dan 14-ə, beynəlxalq reyslərin bərpa olunduğu Rusiyanın məntəqələrindən isə hər marşrut üzrə Ermənistana uçuşların sayı həftədə 1-dən 2-ə qədər artırılır.

44 - Tezliklə