Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqəsinin buraxılış gücü artırılacaq

Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqəsinin buraxılış gücü artırılacaq Bu ilin yanvar-may ayları ərzində Azərbaycan-Rusiya sərhəddində yerləşən Yaraq-Qazmalar sərhəd buraxılış məntəsindən 71 520 yük avtomobili keçib
İnfrastruktur
8 İyun , 2021 14:33
Rusiya-Azərbaycan sərhədindəki keçid məntəqəsinin buraxılış gücü artırılacaq

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan-Rusiya sərhəddində yerləşən Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsindən ümumilikdə 71 520 yük avtomobili keçib.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın Gömrük-Logistik Portalının statistik hesabatında deyilir.

Məlumata görə, bu, 2020-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 7 548 yük avtomobili və ya 11,8 % çoxdur.

Qeyd edilir ki, bu sərhəd-buraxılış məntəqəsində aylıq avtomobil axının həcmi də artıb. Belə ki, bu ilin aprel ayında sərhəd buraxılış məntəqəsini 14 276, may ayında isə 15 102 yük avtomobili keçib.

Hazırda Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsinin layihə buraxılış gücü gündəlik olaraq 300 minik nəqliyyat vasitələridir. Bura Azərbaycan ərazisinə daxil olan və Rusiya ərazisinə keçən avtomobillərin sayı daxildir.

Hazırda Yaraq-Qazmalar sərhəd-buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işləri aparılır. Bu rekonstruksiya işlərinin aparılmasında məqsəd sərhəd- buraxılış məntəqəsinin ötürücülük gücünün artırılmasıdır. Rekonstruksiya işlərindən sonra Yaraq-Qazmalar sərhəd buraxılış məntəqəsindən gündəlik olaraq 730 minik avtomobili, 630 yük maşını, 40 avtobus və 4 000 fiziki şəxslərə çatdırılması mümkün olacaq.

Məlumatda həmçinin deyilir ki, hazırda Dağıstan gömrüyü həm öz imkanları hesabına, həm də ezam olunmuş məmurların iştirakı ilə Yaraq-Qazmalar keçid məntəqəsində növbətçi növbələrin gücləndirilməsi üçün bütün tədbirləri görür.

Son xəbərlər

Orphus sistemi