Rövşən Rüstəmov: “Sərnişindaşımanın bərpası ilə bağlı 3 illik strateji plan hazırlanıb”

Rövşən Rüstəmov: “Sərnişindaşımanın bərpası ilə bağlı 3 illik strateji plan hazırlanıb” Sərnişindaşımanın pandemiyadan öncəki marşrutlar və istiqamətlər üzrə bərpası ilə bağlı hazırda 3 illik strateji plan hazırlanıb
İnfrastruktur
12 Dekabr , 2023 14:36
Rövşən Rüstəmov: “Sərnişindaşımanın bərpası ilə bağlı 3 illik strateji plan hazırlanıb”

Sərnişindaşımanın pandemiyadan öncəki marşrutlar və istiqamətlər üzrə bərpası ilə bağlı 3 illik strateji plan hazırlanıb.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu plana uyğun olaraq sərnişindaşımanın mərhələli bərpası nəzərdə tutulub:

“Cənub istiqamətində yol infrastrukturunun durumu imkan vermir ki, orada keyfiyyətli xidmətlər göstərilsin. Artıq biz bu il 309 km-lik Bakı-Qəbələ marşrutunu istifadəyə verdik. Həmçinin Bakı-Gəncə istiqamətini əlavə 95 km uzadaraq Ağstafaya qədər genişləndirdik”.

O qeyd edib ki, strateji istiqamətə uyğun olaraq Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün işlər görülür: “Bu hazırlıqlar bir xeyli vaxt alacaq. Amma bu istiqamətdə işlər planımızdadır”.

Son xəbərlər

Orphus sistemi