Rəşad Nəbiyev TDT-nin baş katibi ilə regional nəqliyyat əlaqələrinin inkişafını müzakirə edib

Rəşad Nəbiyev TDT-nin baş katibi ilə regional nəqliyyat əlaqələrinin inkişafını müzakirə edib Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev ilə danışıqlar aparıb.
İnfrastruktur
17 Noyabr , 2023 18:57
Rəşad Nəbiyev TDT-nin baş katibi ilə regional nəqliyyat əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Omurəliyev ilə danışıqlar aparıb.

“Report” xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib.

Görüş noyabrın 16-da Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası çərçivəsində baş tutub.

Tərəflər TDT-yə üzv ölkələrin nəqliyyat sektorunda infrastrukturun təkmilləşdirilməsi və rəqəmsal texnologiyaların inkişafına diqqət yetirməklə regional nəqliyyat əlaqələrinin gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi