Rəşad Nəbiyev: "BTQ üzrə yük daşımaları artan dinamika ilə inkişaf edir"

Rəşad Nəbiyev: "BTQ üzrə yük daşımaları artan dinamika ilə inkişaf edir" Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində Axalkələk dəmiryolu stansiyasında olub.
İnfrastruktur
4 Aprel , 2022 11:14
Rəşad Nəbiyev: BTQ üzrə yük daşımaları artan dinamika ilə inkişaf edir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstana səfəri çərçivəsində Axalkələk dəmiryolu stansiyasında olub.

"Report" xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi üzrə görülmüş işlərlə tanışlıq məqsədilə Axalkələk stansiyasında olduq, ərazidə infrastruktur obyektlərinə baxış keçirdik. Xətt üzrə yük daşımaları artan dinamika ilə inkişaf edir",- deyə nazir əlavə edib.

BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Qeyd edək ki, 2017-ci il 30 oktyabr tarixində açılışı olmuş Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə həyata keçirilən yükdaşımaları artan dinamika ilə inkişaf etməkdədir. Bu günədək bu marşrutla 1 mln. tondan çox yük daşınıb.

Son xəbərlər

Orphus sistemi