Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib”

Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib” Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirilib.
İnfrastruktur
10 Yanvar , 2025 11:06
Nazir müavini: “Bakıda tramvayın effektiv olacağı ərazilər müəyyən edilib”
Rəhman Hümmətov

Azərbaycan hökuməti Bakıda tramvayların effektiv olacağı əraziləri müəyyənləşdirib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov 2024-cü ildə nəqliyyat sahəsində həyata keçirilmiş işlərlə bağlı brifinqdə bildirib.

"Tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır. Təhlillər aparmışıq və paytaxtda tramvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər əhəmiyyətli ola bilər.

"Seabreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi