Rəhman Hümmətov AQEM-in icraçı direktoru ilə görüşüb

Rəhman Hümmətov AQEM-in icraçı direktoru ilə görüşüb Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
İnfrastruktur
6 İyul , 2022 17:26
Rəhman Hümmətov AQEM-in icraçı direktoru ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) İcraçı direktoru Kayrat Sarıbayın rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Nazirlikdən məlumat verilib.

Məlumata görə, görüşdə “Nəqliyyat dəhlizlərinin təhlükəsizliyi və səmərəli inkişafı” sahəsində etimad quruculuğu tədbiri üzrə əlaqələndirici qismində AQEM-lə əməkdaşlığa dair məsələlər müzakirə olunub.

Eyni zamanda ölkəmizin nəqliyyat sahəsində regional əməkdaşlığın inkişafı üzrə həyata keçirilən layihələrdə iştirakı və regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi