Bakı şəhərində illik 500 min ton bərk məişət tullantısı və 10 min ton tibbi tullantı yandırma gücünə malik olan Bakı bərk məişət tullantılarının yandırılması zavodunda elektrik enerjisi istehsal edilir və ümumi elektrik şəbəkəsinə ötürülür.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötənilki fəaliyyəti ilə bağlı hesabatında bildirilir.
Eyni zamanda, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda bərk məişət tullantıları çeşidlənir və əldə olunan xammal təkrar istehsala yönəldilir.
Balaxanı Sənaye Parkında tullantıların emalı üzrə rezidentlər fəaliyyət göstərir. Hazırda sözügedən təcrübənin respublikanın digər şəhər və rayonlarında da tətbiq edilməsi istiqamətində müvafiq işlər aparılır.