Ramin Quluzadə: "Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək"

Ramin Quluzadə: "Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək" "Hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə işlər davam edir"
İnfrastruktur
9 May , 2018 11:53
Ramin Quluzadə: Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək

Bakı. 9 may. REPORT.AZ/ "Ələt limanı "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizləri arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir".

"Report" xəbər verir ki, bunu mayın 9-da Bakıda öz işinə başlayan Dünya Limanlar Konfransında (IAPH Baku 2018) Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, Ələt limanı Azərbaycanın potensialının daha da genişləndirilməsinə xidmət edəcək: "Bakı Limanı "Yaşıl liman" statusuna uyğun olaraq inkişaf etdirilir və ən son texnologiyalardan istifadə olunur. Ələt limanı Azərbaycanın logistika mərkəzi kimi inkişafına töhfə olacaq".

Nazir bildirib ki, hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə işlər davam edir.

Son xəbərlər

Orphus sistemi