Dənizçilərin adından məcburi köçkün ailələrinə sovqat paylanılıb

Dənizçilərin adından məcburi köçkün ailələrinə sovqat paylanılıb Dənizçilərin adından məcburi köçkün ailələrinə sovqat paylanılıb
İnfrastruktur
29 İyul , 2020 12:25
Dənizçilərin adından məcburi köçkün ailələrinə sovqat paylanılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Qurban bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.

Bu barədə “Report”a ASCO-dan məlumat verilib.

Dənizçilər həmişə olduğu kimi, bu dəfə də Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 min 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bayram sovqatı ünvanlara ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.

Qaçqın və məcburi köçkünlər onlara göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.

Son xəbərlər

Orphus sistemi