Qazaxıstan Xəzər dənizində yeni liman tikir

Qazaxıstan Xəzər dənizində yeni liman tikir Yerlan Karin: "Kurık limanından yüklər Azərbaycan, Gürcüstan və Türkiyəyə göndəriləcək"
İnfrastruktur
3 Dekabr , 2014 12:32
Qazaxıstan Xəzər dənizində yeni liman tikir

Astana. 3 dekabr. REPORT.AZ/ "İnteqrasiya layihələri baxımından Qazaxıstan, Türkiyə və Azərbaycan daha fəaldır". Bu barədə "Report"a Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun (QSTİ) rəhbəri Yerlan Karin bildirib. 

Onun sözlərinə görə, Qazaxıstan hökuməti hazırda Şərqlə Qərb arasında körpüyə çevrilmək üçün layihələr həyata keçirir: "Bildiyiniz kimi, Xəzərdə ən böyük limanımız Aktaudur. Həmin limandan yüklər Qərbə göndərilir. Bu baxımdan Azərbaycan bizim üçün böyük əhəmiyyət kəsb edir. Qazaxıstan Xəzər dənizində yeni Kurık limanı tikir. Həmin limandan yüklər Azərbaycan, Gürcüstan və Türkiyəyə göndəriləcək".

Y.Karin Bakı-Tbilisi-Qars layihəsinin roluna da toxunaraq vurğulayıb ki, dekabrın 2-də 900 km uzunluğunda Qazaxıstan-Türkmənistan-İran dəmir yolunun açılış mərasimi keçirilib: "Bu layihə Mərkəzi Asiya regionunu blokadadan çıxaracaq".

QSTİ rəhbəri digər türkdilli dövlətlərin də nəqliyyat layihələrinə birləşməsini arzu edib.  

Son xəbərlər

Orphus sistemi