Qızılağac kəndinə ilk dəfə olaraq qaz xətləri çəkilir

Qızılağac kəndinə ilk dəfə olaraq qaz xətləri çəkilir Qazlaşdırma işlərinin iki ay müddətində yekunlaşdırılması nəzərdə tutulub
İnfrastruktur
4 İyul , 2015 14:32
Qızılağac kəndinə ilk dəfə olaraq qaz xətləri çəkilir

Bakı. 4 iyul. REPORT.AZ/ Masallı rayonunun Qızılağac kəndinə ilk dəfə qaz xətləri çəkilir. "Report" xəbər verir ki, artıq kəndə qazın verilməsi istiqamətində işlərə başlanılıb.

Ərazidə 8 briqada çalışır. Kənddə 6 280 nəfər əhali yaşayır ki, bunlar 1 200 təsərrüfatda birləşir. Hazırda kənd ərazisində əsas daşıyıcı polietilen boruların qaynaq edilərək torpağa basdırılması işləri gedir.

Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədovun sözlərinə görə, qazlaşdırma işlərinin iki ay müddətində yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi