Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilir.
“Report” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Railturkey” saytı yayıb.
Məlumata görə, BTQ dəmir yolu xətti ilə “
Bununla yanaşı, səfər müddətinin 37 saat sürəcəyi qeyd edilirdi, amma aparılmış təcrübələrə əsasən, yol təqribən 40 saata başa gələcək. Hazırda isə səfəri 40 saatdan az vaxta reallaşması üçün işlər həyata keçirilir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars 30 oktyabr 2017-ci ildə istismara verilmiş dəmiryolu layihəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmiryolu Azərbaycanla Türkiyəni birləşdirir. Dəmiryolunun ilkin açılış tarixi 2010-cu il, daha sonra 2013-cü il, sonra 2015-ci il, 2016-ci il və ən nəhayət 2016-cı ildə keçirilmiş üçtərəfli görüşün nəticəsində 2017-ci il olaraq elan edilib.
27 sentyabr 2017-ci ildə Tbilisidən Axalkalakiyə gedən ilk sınaq sərnişin qatarından sonra, BTQ dəmiryolu Ələtdə keçirilən təntənəli mərasimdə Azərbaycan Prezidenti